Zanetti karyerasını başa vurur
30.04.2014 - 01:59
Zanetti karyerasını başa vurur

“İnter”in futbolçusu Havyer Zanetti mövsümün sonunda karyerasını başa vuracaq. Apasport.az saytının məlumatına görə, artıq komandanın sahibi Erik Toxir Zanettinin klubun menecment heyətinə daxil olacağını bəyan edib.

 

Toxir “İnter”in rəsmi saytına deyib: “Biz artıq 2 aydır ki, Zanetti ilə gələcəyi necə gördüyü ilə bağlı görüşürük. Əslində isə qərar qəbul edilib – Havyer komandanın menecment heyətinə daxil olacaq. Bundan əlavə, komandanın kapitanı ilə razılığa gəlmişik ki, mövsümün sonunda “İnter”ə avrokuboklara vəsiqə qazanmaq lazımdır”.

 

Zanetti 1995-ci ildən “İnter”də oynayır. O, bu müddət ərzində 5 dəfə İtaliya çempionu olub, 4 dəfə ölkə kubokunu və 4 dəfə Superkuboku qazanıb. Bundan əlavə, UEFA kubokunu (1997/1998), Çempionlar Liqası kubokunu (2009/2010) və klublararası dünya çempionatının kubokunu (2010) başı üzərinə qaldırıb.