Cavadovun 3-cü uğuru
07.05.2014 - 08:01
Cavadovun 3-cü uğuru

Topaz Premyer Liqasında XXXIII turun ən yaxşı futbolçusu olan Vaqif Cavadov mövsümdə 3-cü dəfə bu uğura nail olub. Apasport.az saytının məlumatına görə, “İnter”in kapitanı bunu mövsümün ikinci yarısında bacarıb.

 

Cavadov bunadək XX və XXVII turlarda hamını arxada qoymuşdu. Son 14 turda 3-cü dəfə ən yaxşı olan yarımmüdafiəçisi mövsümün 2-ci göstəricisinə malikdir.

 

Belə ki, “Qarabağ”ın braziliyalısı Reynaldo daha çox – 5 dəfə ən yaxşı seçilib. Flavinyo (“Neftçi”) və Rauf Əliyev (“Bakı”) hərəyə 2 dəfə turun ən yaxşısı adını qazanıb. Cavadov son turdakı uğuru ilə bu cütlüyü arxada qoyub.