Cavid İmamverdiyevin baş məşqçisinə ağır cəza
29.01.2015 - 21:57
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi millimizin üzvü Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor”un baş məşqçisi Ümit Özatı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna PTT I Liqasının XVI turu çərçivəsində “Adanaspor”la (0:0) görüşdə rəqib komandanın çalışdırıcısı Hami Mandıralı, maçın hakimləri ilə insident yaşaması və etdiyi qol jesti səbəb olub.
İntizam Komitəsi Özata 7 oyunluq cəza kəsib. Bundan başqa, təcrübəli mütəxəssis 26 min TL pul cəriməsi də ödəyəcək.
Qeyd edək ki, “Elazığspor” növbəti tur “Osmanlıspor”la qarşılaşacaq.
0
0