Cavid İmamverdiyevsiz “Elazığspor” xal itirdi
14.02.2015 - 20:30
Cavid İmamverdiyevsiz “Elazığspor” xal itirdi

Türkiyə PTT I Liqasında XX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cavid İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor” doğma publika önündə “Şanlıurfaspor”la qarşılaşıb.

 

Matç qalib müəyyənləşməyib - 1:1.

 

Bu görüşdə İmamverdiyev çıxış etməyib. Cavidin adı oyunun iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, aktivində 24 xalı olan “Elazığspor” 11-ci pillədə yer alır.