Cavid İmamverdiyevsiz komandası növbəti mərhələyə keçdi
25.09.2014 - 21:27
Cavid İmamverdiyevsiz komandası növbəti mərhələyə keçdi

Bu gün Türkiyə kubokunda II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor” da meydana çıxıb.

 

Təmsilçimizin komandası “Ayvalıkgücü” ilə qarşılaşıb. Görüşdə Superliqa klubu 3:2 hesabı ilə qalib gəlib.

 

Komandasının qələbə qazanıb, növbəti mərhələyə keçdiyi oyunda İmamverdiyev heyətə daxil edilməyib. Çünki Cavid oyundan öncə rəhbərliydən icazə almışdı.