Çempionat “Bakı”nın bazasında start götürəcək
05.08.2014 - 10:52
Çempionat “Bakı”nın bazasında start götürəcək

Həftəsonu Topaz Premyer Liqasında yeni mövsümə start veriləcək. Apasport.az saytının məlumatına görə, artıq ilk turun oyunlarının başlama saatı və yeri müəyyənləşib.

Belə ki, Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti I turun oyun cədvəlini açıqlayıb. Bu matçlardan ikisi avqustun 9-da, 3-ü ertəsi gün keçiriləcək. Çempionatın ilk oyunu “Bakı”nın təlim-məşq bazasında eyniadlı komanda ilə “Simurq” arasında olacaq.

Topaz Premyer Liqası

I tur

9 avqust (şənbə)

 

18:00. “Bakı” – “Simurq”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

20:00. AZAL – “Xəzər Lənkəran”
“AZAL Arena”

 

10 avqust (bazar)

 

18:00. “Araz Naxçıvan” – “Neftçi”
Naxçıvan Muxtar Respublika stadionu

 

20:00. “İnter” – “Qəbələ”
“Şəfa” stadionu

 

20:00. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”