Çempionlar Liqası tarixində 3-cü
27.11.2015 - 10:16
Çempionlar Liqası tarixində 3-cü

Çempionlar Liqasının bu həftə keçirilən V turu məhsuldarlığı ilə tarixə düşüb. Apasport.az saytının məlumatına görə, turun 16 oyununda 54 qol vurulub.

 

Bu da orta məhsuldarlığın 3,375-ə bərabər olması deməkdi. Maraqlıdı ki, həm noyabrın 24-də, həm də 25-də eyni sayda – 27 qol vurulub.

 

Bu məhsuldarlıq Çempionlar Liqası tarixində 3-cü göstəricidi. 2000/01 mövsümündə bir turda 63, 2013/14 mövsümündə isə eyni həftədə 59 qol vurulmuşdu.