Çempionlar Liqasında daha 5 oyun - YENİLƏNİR
17.07.2014 - 00:48
Çempionlar Liqasında daha 5 oyun - YENİLƏNİR

Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyunlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci günündə 5 qarşılaşma baş tutub.

 

Bu oyunlardan üçü eyni vaxtda başlayıb. Postsovet məkanı təmsilçiləri Tiflis “Dinamo”su və “Aktobe” Gürcüstanda üz-üzə gəlib. Qazaxıstan təmsilçisi gürcü klubları ilə görüşlərdəki uğurlu seriyasını davam etdirə bilib və səfərdən 3 xalla qayıdıb.

 

“Malmö” və “Ludoqorets” nisbətən zəif rəqiblə qarşılaşır. “Ludoqorets”  cütün taleyini evdə həll etsə də, "Malmö" səfərdə tər tökməli olacaq. Eyni sözləri Polşadakı matç haqda da demək olar. “Legiya” özündən zəif rəqibi ilə qarşılaşsa da, səfərə çətin durumda gedəcək.

 

Norveçdə isə “Stromsqodset” və “Styaua” üz-üzə gəlib. Skandinaviyanın bu ölkəsindən olan rəqibləri ilə son 4 matçda qalib gələn Rumıniya çempionu bu dəfə də səfərdən qələbə ilə qayıdıb.
 

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar

16 iyul

“Malmö” (İsveç) - “Ventspils” (Latviya) - 0:0

“Dinamo” (Gürcüstan) - “Aktobe” (Qazaxıstan) - 0:1

“Ludoqorets” (Bolqarıstan) - “Düdelanj” (Lüksemburq) - 4:0

“Stromsqodset” (Norveç) - “Styaua” (Rumıniya) - 0:1

“Legiya” (Polşa) - “Sent Patriks” (İrlandiya) - 1:1