Çempionlar Liqasında III təsnifat mərhələsinin cütləri müəyyənləşib
23.07.2015 - 10:00
Çempionlar Liqasında III təsnifat mərhələsinin cütləri müəyyənləşib

Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, başa çatan II təsnifat mərhələsindən sonra növbəti mərhələnin 15 cütünün tərkibi dəqiqləşib.

 

Onlardan 5-i püşkdən dərhal sonra bəlli idisə, digər 10-da kimin oynayacağına son oyunlar aydınlıq gətirib. Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 28-29-da və avqustun 4-5-də keçiriləcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

 

Çempionlar yolu

 

“Lex” (Polşa) - “Bazel” (İsveçrə)

“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya) 

“Seltik” (Şotlandiya) - “QARABAĞ” (AZƏRBAYCAN) 

“Styaua” (Rumıniya) - “Partizan” (Serbiya) 

HİK (Finlandiya) - “Astana” (Qazaxıstan)

“Midtyulland” (Danimarka) - APOEL (Kipr)

“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya)

“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç)

“Videoton” (Macarıstan) - BATE (Belarus)

 “Zalsburq” (Avstriya) - “Malmö” (İsveç)

 

Qeyri-çempionlar yolu

“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)

“Rapid” (Avstriya) - “Ayaks” (Hollandiya)

“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika)

“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa)

MOİK (Rusiya) - “Sparta” (Çexiya)