Çempionlar Liqasında yeni rekord
14.09.2016 - 09:00
Çempionlar Liqasında yeni rekord

Çempionlar Liqasında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubu evdə ən uzun qələbə seriyasına imza atıb.

 

Cari mövsümün qrup mərhələsinin ilk oyununda Rusiya “Rostov”u ilə görüşən Münhen klubu 5:0 hesabı ilə qalib gəlib. Bununla da almaniyalılar öz meydanında ardıcıl 13-cü qələbəsini qazanıb.

 

Çempionlar Liqasının tarixində heç bir klub belə uzun seriyaya imza atmayıb. “Bavariya” bununla da “Mançester Yunayted”in rekordunu arxada qoyub.

 

0