Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşdi
14.04.2014 - 10:55
Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşdi

Çempionlar Liqasının yeni mövsümünün daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, TNS Uels çempionatının qızıl medallarını təmin edib.

 

Ardıcıl 3-cü, ümumilikdə 8-ci çempionluğunu əldə edən komanda sona 3 tur qalmış izləyiciləri üçün əlçatmaz olub. TNS final mərhələsinin VII turunda 2-ci pillədə qərarlaşan “Airbus”la heç-heçə edib – 1:1. Bununla, 67 xalı olan çempion izləyici ilə fərqin 9-da qalmasına nail olub. “Airbus” 1 oyun çox keçirdiyindən rəqibinə çatmaq imkanını itirib.

 

Qeyd edək ki, Uels çempionu qitənin ən nüfuzlu klub turnirinə I təsnifat mərhələsindən başlayacaq.