Topaz Premyer Liqasında XXXIV turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu Orxan Məmmədova tapşırılıb.
Sabiq FİFA laynsmanı “Qarabağ”la “İnter” arasında çempionluq mübarizəsində ədaləti qoruyacaq. Ağdam təmsilçisi bu matçdakı qələbə ilə qızıl medalları təmin edəcək. Bakılılar isə uduzmasa, ən azı 2-ci olacaq.
Avrokuboklara vəsiqə baxımından əhəmiyyət daşıyan “Qəbələ” – “Bakı” matçında isə FİFA hakimi fit çalacaq. Turun ən tez başlayan matçı Rəhim Həsənova həvalə olunub.
XXXIV tur
7 may (çərşənbə)
17:00. “Qəbələ” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev
Qəbələ şəhər stadionu
18:00. “Rəvan” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, İsgəndər Əliyev, Ramil Diniyev
“Bayıl Arena” stadionu
18:00. AZAL – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Fərid Məmmədov
“AZAL Arena” stadionu
18:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Rahil Ramazanov, Xəlil Hüseynli
“Xəzər Lənkəran” mərkəzi stadionu
19:00. “Qarabağ” – “İnter”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mehman Mahmudov, Ramil Əhmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Elvin Əsgərov
Tofiq Bəhramov adına Respublika stadionu