Çempionun müəyyənləşə biləcəyi vaxt bəlli oldu
29.04.2014 - 15:03
Çempionun müəyyənləşə biləcəyi vaxt bəlli oldu

Topaz Premyer Liqasında XXXIII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, eyni gündə - mayın 2-də baş tutacaq tur liderin oyunu ilə başlayacaq.

 

“Bakı” – “Qarabağ” görüşü ilə start götürəcək tur çempionun müəyyənləşməsi ilə nəticələnə bilər. Bunun üçün təkcə liderin qələbəsi yetərli deyil. Eyni saatda başlayacaq son 3 matçda birində - “Şəfa” stadionunda “İnter”in xal itirməsi lazımdır.

 

XXXIII tur

2 may (cümə)

18:00. “Simurq” – AZAL
Zaqatala şəhər stadionu

18:00. “Xəzər Lənkəran” – “Rəvan”
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena” stadionu

15:00. “Bakı” – “Qarabağ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

18:00. “İnter” – “Sumqayıt”
“Şəfa” stadionu

 

Mənbə: pfl.az