Çertoqanov Azərbaycandakı ilk komandasına qarşı oynaya bilməyəcək
26.04.2014 - 17:06
Çertoqanov Azərbaycandakı ilk komandasına qarşı oynaya bilməyəcək
“Bakı” ilə oyuna hazırlaşan “Sumqayıt” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında sonuncu olmamaq üçün mübarizə aparan Aqil Məmmədovun komandasında sabah Aleksandr Çertoqanov olmayacaq.

Milliləşdirilmiş ukraynalı yarımmüdafiəçi ötən tur “Neftçi” ilə sensasion oyunda 4-cü sarı vərəqəsini alıb. Bu da onun sabah saat 16:00-da baş tutacaq “Bakı” ilə ev qarşılaşmasını buraxmasına səbəb olub.

Qeyd edək ki, “Bakı” Aleksandr Çertoqanovun ölkəmizdə ilk çıxış etdiyi klubdur. O, “şəhərlilər”də keçirdiyi 2004/05 mövsümündə 24 oyuna çıxıb və 2 qola imza atıb.