Çexiyalı futbolçu Messinin rekordunu təkrarladı
16.07.2014 - 20:10
Praqanın “Sparta” klubunun hücumçusu David Lafata Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, futbolçu bir oyunda 5 qol vurub.
“Sparta” iyulun 15-də Çempionlar Liqasının 2-ci kvalifikasiya mərhələsində Tallin “Levadiya”sına qarşı ilk oyununu keçirərək 7:0 hesabı ilə qalib gəlib. Lafata bu oyunda penta-trik edib: futbolçu matçın 22, 44, 45, 57, 60-cı dəqiqələrində qol vurub. Bununla da Lafata argentinalı Lionel Messinin və latviyalı Mixail Mixolapın rekordunu təkrarlayıb. Bu futbolçular da Çempionlar Liqasının bir oyununda 5 qol vura biliblər.
0
0