Millimizin Moldova ilə dünən keçirdiyi yoxlama görüşündə “Xəzər Lənkəran”ın 2 futbolçusu meydana çıxıb. Apasport.az “ağ-yaşıllar”ın saytına istinadən xəbər verir ki, 90 dəqiqə meydanda olan Rahid Əmirquliyev ardıcıl 8-ci oyunda əvəzolunmadan iştirak edib.
O, 2015-ci ildə yığmanın heyətində bütün qarşılaşmalarda 90 dəqiqə forma geyinən yeganə oyunçudu.
Millidə 48-ci matçını keçirən Əmirquliyev ilk dəfə komandanın kapitanı olub. O, yığma tarixinin 25-ci kapitanıdı. Yarımmüdafiəçimiz millidə buna layiq görülən 3-cü “Xəzər Lənkəran”lıdı. 2007-ci il oktyabrın 17-də Serbiya ilə AVRO-2008-in Bakıdakı seçmə oyununda (1:6) yığmamızın kapitanı Ceyhun Sultanov həmin vaxt “ağ-yaşıllar”ın üzvü idi. 2012-cü il noyabrın 14-də DÇ-2014-ün Şimali İrlandiya ilə Belfastdakı görüşündə (1:1) komandamızı təmsil edən Ruslan Abışov kapitan olmuşdu.
Ümumilikdə isə Əmirquliyev millidə keçirdiyi oyunların 48-də də “Xəzər Lənkəran”ı təmsil edib. Onun kimi Moldova ilə oyunda iştirak edən Elşən Rzazadə isə sonradan meydana çıxıb. 22 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə meydana daxil olub. Karyerasında ilk dəfə əsas millinin formasını geyən Rzazadə “Xəzər Lənkəran”ın tarixinə Azərbaycanın əsas yığmasında oynamış 27-ci təmsilçisi kimi düşüb. Cənub klubunun yarandığı 2004-cü ildən bu oyunadək “ağ-yaşıllar”ın 26 üzvü millinin matçlarında meydana çıxmışdı ki, onlardan sonuncusu olan Elnur Cəfərov ötən ay Bolqarıstanla Sofiyadakı görüşdə bu siyahıya daxil olmuşdu. Əmirquliyevin başçılıq etdiyi bu cədvəldə Kamran Ağayev (31), Elnur Allahverdiyev (19), İlqar Qurbanov (16), Branimir Subaşiç (12), Emin Quliyev (11) və Vüqar Nadirov (11) da ön sıralardadı.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI