Çezare Prandellidən radikal addım - FOTO
28.10.2014 - 01:00
Çezare Prandellidən radikal addım - FOTO

“Qalatasaray”ın baş məşqçisi Çezare Prandelli Türkiyə Superliqasında VII turunda səfərdə “Başakşəhər”ə 4:0 hesabı ilə uduzmalarından sonra radikal qərar verib. Apasport.az saytının məlumatına görə, biabırcı məğlubiyyətdən sonra italiyalı çalışdırıcı futolçuları cəzalandırıb.

 

Belə ki, “Cim-Bom”un bu günə olan məşqin ardından oyunçular növbəti turda “Kasımpaşa” ilə matça qədər klubun bazasında qalacaqlar. Bazada olan futbolçular buranı yalnız ciddi bir vəziyyət baş verdiyi təqdirdə, tərk edə biləcək.

 

Qeyd edək ki, “Qalatasaray” - “Kasımpaşa” matçı oktyabrın 31-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0