Cihan Özkara 5 turdan sonra meydana qayıtdı
05.05.2014 - 08:37
Cihan Özkara 5 turdan sonra meydana qayıtdı

Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” Türkiyə Superliqasının XXXII turunun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Sivas təmsilçisi “Çaykur Rizəspor”un qonağı olub.

Görüş 1:1 hesabı ilə başa çatıb. “Sivasspor” qələbəni son dəqiqələrdə əldən verib. 89-cu dəqiqədə Hakan Arslanın qoluna oyuna əlavə olunmuş 1-ci dəqiqədə meydan sahiblərinin nigeriyalı müdafiəçisi Qodfri Oboabona cavab verib.

Cihan isə meydana 89-cu dəqiqədə daxil olub. O, Aydın Karabulutu əvəzləyib. Bu, Özkaranın 5 matçdan sonra meydana qayıtması deməkdir. Çünki Almaniya doğumlu futbolçu sonuncu dəfə XXVI turda “Kayseri Ərciyəspor”a (1:1) qarşı 90 dəqiqə forma geyinmişdi. Bundan sonrakı görüşlərdə yığmamızın üzvü bir qayda olaraq ehtiyatda qalırdı.

Qeyd edək ki, bu nəticədən sonra “Sivasspor” xalını 50-yə yüksəldib. Cihan Özkaranın komandası sona 2 tur qalmış V pillədə yer alıb.