Çilinin qapıçısı “Barselona”nın futbolçusu oldu
25.06.2014 - 20:50
Çili yığmasının və “Real Sosyedad”ın qapıçısı Klaudio Bravo rəsmən “Barselona”nın oyunçusu olub. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu və “Real Sosyedad” 31 yaşlı qapıçının transferi ilə bağlı razılığa gəliblər.
İlkin informasiyaya görə, transfer 12 milyon avroya başa gəlib. Bravonun “Barslona” ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, Çili millisinin qapıçısı dünya çempionatında İspaniyaya qarşı oyunda matçın qəhrəmanına çevrilib.
0
0