Çixradze: Təşəkkür edirəm
23.03.2014 - 19:39
“Simurq” klubunun baş məşqçisi Georgi Çixradze komandasına “Xəzər Lənkəran”la oyunda qələbə görə təşəkkür edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi futbolçularının sona qədər mübarizə apardıqlarını bildirib: “Rəqib komandanın da oyunçuları bizimlə başabaş mübarizə apardı. Qol imkanlardan səmərəli istifadə etdik. Zaqataladan Lənkərana qədər gəlib bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”.
0
0