Con Terri Bekhemi keçib, Eşli Koula çatdı
25.11.2015 - 00:27
Con Terri Bekhemi keçib, Eşli Koula çatdı

“Çelsi”nin müdafiəçisi Con Terri Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Makkibi” ilə oyunda start heyətində meydana çıxaraq, oyun sayına görə bu turnirdə çıxış etmiş ingilis futbolçular arasında 3-cü pilləyə yüksəlib. Apasport.az saytının məlumatına görə, İngiltərə milli komandasının üzvü qitənin ən mötəbər klub turnirində 108-ci dəfə meydana çıxıb.

 

34 yaşlı futbolçu bu göstərici ilə Devid Bekhemi (107 oyun) geridə qoyaraq Eşli Koulla bərabər ən çox oyun keçirmiş 3-cü futbolçu olub.

 

Qeyd edək ki, Çempionlar Liqasında ən çox meydana çıxmış ingilis futbolçuların siyahısında liderlik Pol Skoulza məxsusdu. “Mançester Yuayted”in keçmiş yarımmüdafiəçisi 124 dəfə bu turnirdə boy göstərib.

 

İkincilik isə başqa bir keçmiş “Mançester Yunayted”li Qari Nevilin adı ilə bağlıdı – 109 oyun.