Con Terri Lemparda çatdı
10.01.2015 - 22:34
Con Terri Lemparda çatdı

İngiltərə Premyer Liqasının XXI turu çərçivəsində doğma publika önündə “Nyukasl”la görüş "Çelsi"nin müdafiəçisi Con Terri üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu London klubunun heyətində 648-ci matçına çıxıb.

 

Bununla da o, “zadəganlar”ın sabiq, “Mançester Siti”nin yarımmüdafiəçisi Frenk Lemparda çatmış olub.

 

Qeyd edək ki, “Çelsi”nin heyətində ən çox Ron Harris (795) və Piter Bonetti (729) forma geyinib.