Covinko ən yaxşı oldu
24.11.2015 - 01:00
Covinko ən yaxşı oldu

İtaliyalı hücumçu Sebastian Covinko Amerika Futbol Liqasının (MLS) ən yaxşı yeni oyunçusu seçilib. Apasport.az saytının ESPN-ə istinadən məlumtına görə, “Toronto”nun hücumçusu azarkeşlərin səsverməsi nəticəsində qalib gəlib.

 

O, “Monreal”dan Didye Droqba və “Nyu-York Red Bulls”dan Mayk Qrelli qabaqlayıb.

 

Qeyd edək ki, 28 yaşlı hücumçu meydana çıxdığı 33 oyunda 22 dəfə rəqib qapıçıları məyus edib, 16 dəfə də həlledici ötürmə il yadda qalıb.