Daha bir futbolçu “Qəbələ”dən getdi
06.06.2014 - 16:33
Daha bir futbolçu “Qəbələ”dən getdi

“Qəbələ” daha bir futbolçu ilə yeni müqavilə bağlamamaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, heyətə düşməkdə çətinlik çəkən Amit Quluzadə ilə yeni anlaşmaya ehtiyac duyulmayıb.

 

Bununla da mövsüm başa çatdıqdan sonra “Qəbələ”ni tərk edənlərin sayı 10-a çatıb. Bunlar Marat İzmaylov, Dieqo Koşta, Nikola Valentiç, Lorival Assis, Davron Erqaşev, Elmar Baxşıyev, Abdulvahid Afolabi, David Petjkeviç və Lorentso Ebesiliodur.

 

Qeyd edək ki, Amit Quluzadənin Türkiyənin I dəstə təmsilçisi “Boluspor”a keçmək variantı var.