Daha bir futbolçu “Trabzonspor”u tərk etdi
18.11.2015 - 20:49
“Trabzonspor”un qvineyalı futbolçusu Kevin Konstant komandadan ayrılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klubun meneceri Süleyman Hurma ilə yarımmüdafiəçi arasında baş tutan ikili görüşdən sonra tərəflər müqaviləni qarşılıqlı şəkildə ləğv etməyə qərar veriblər.
Komanda yoldaşları ilə vidalaşan futbolçu axşam saatlarında klubdan ayrılıb.
Qeyd edək ki, baş məşqçi Şota Arveladzenin istefasından sonra portuqaliyalı müdafiəçi Bosinqva da “qaradənizlilər”i tərk etmişdi.
0
0