Daha bir İtaliya klubunda baş məşqçi istefası
01.06.2015 - 15:13
“Napoli”dən sonra İtaliya A seriyasının daha bir klubu baş məşqçisi ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “Sampdoriya” klubunda da baş məşqçi istefası reallaşıb.
Mövsümü 7-ci pillədə başa vurmasına və Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, Genua klubunun çalışdırıcısı Sinişa Mixayloviç istefa ərizəsini rəhbərliyə təqdim edib. O, klubun rəsmi saytına açıqlamasında azarkeşlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, İtaliya mətbuatının iddiasına görə, Mixayloviç “Napoli”nin “sükanı arxasına” keçəcək.
0
0