Daha bir klub “Bakı”nın taleyini yaşadı
08.08.2014 - 14:10
Daha bir klub “Bakı”nın taleyini yaşadı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Polşanın “Legiya” klubunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna komandanın “Seltik”lə cavab oyununda meydana cəzalı futbolçu buraxması səbəb olub.

 

Belə ki, polşalılar qarşılaşmanın başa çatmasına 3 dəqiqə qalmış Bartoş Bereşinskiyə şans verib. Yekunda onlar 2:0 hesabı ilə qalib gəlsələr də, texniki məğlubiyyət alaraq (0:3), Çempionlar Liqasının növbəti mərhələsi ilə vidalaşıblar.

 

Nəticədə ilk qarşılaşmada 4:1 hesabı ilə qələbə qazanan “Legiya” mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

Qeyd edək ki, “Bakı” da Avropa Liqasının 2010/2011 mövsümündə Çernoqoriyanın “Budoçnost” klubu ilə qarşılaşmada cəzalı Joel Epalleni meydana buraxdığından texniki məğlubiyyətlə üzləşmişdi.