Daha bir məşhur sima Çin çempionatında peyda ola bilər
23.12.2015 - 20:31
Daha bir məşhur sima Çin çempionatında peyda ola bilər

Təcrübəli baş məşqçi Luçano Spaletti karyerasını Çində davam etdirə bilər. Apasport.az saytının “Eurosport”a istinadən məlumatına görə, italiyalı mütəxəssis “Beytszin Quoan”dan təklif alıb.

 

Son vaxtlar adı “Roma” ilə tez-tez hallanan məşqçi üçün çinlilər 2 illik müqavilə qarşılığında 12 milyon avro təklif edirlər.

 

Qeyd edək ki, Çinin yüksək liqasında çıxış edən “Beytszin Quoan” son mövsümü 4-cü sırada tamamlayıb.