Türkiyə millisinin daha bir futbolçusu “Atletiko”ya keçir
29.03.2015 - 17:54
Türkiyə millisinin daha bir futbolçusu “Atletiko”ya keçir

“Atletiko” heyətinə daha bir türkiyəli futbolçu qatmağa hazırlaşır. Apasport.az saytı xəbər verir ki, İspaniya klubu “Bursaspor”un yarımmüdafiəçisi Ozan Tufanın transferinə çox yaxındı.

 

Bu məqsədlə gənc futbolçunun meneceri Ahmet Bulut dünən Hollandiyada “Atletiko” rəhbərliyi ilə görüşüb. Menecer görüşün müsbət yöndə keçdiyini və bu transferin yayda böyük ehtimalla reallaşacağını deyib. Avro-2016-nın seçmə mərhələsində Hollandiya ilə dünənki səfər matçında 90 dəqiqə Türkiyə millisinin formasını geyinən Ozanı madridlilərlə yanaşı, “Yuventus” və “Liverpul” rəsmiləri də bəyənib. Lakin oyunçu karyerasını “Atletiko”da davam etdirmək fikrindədi. Ozan Tufanın transfer qiyməti 10 milyon avrodu.

 

Qeyd edək ki, "Atletiko"da hazırda Türkiyə millisinin kapitanı Arda Turan çıxış edir.