Daha bir ulduz karyerasını bitirdi
30.05.2015 - 17:23
Daha bir ulduz karyerasını bitirdi

Bir dönəm “Mançester Yunayted”in və İngiltərə yığma komandasının şərəfini qorumuş Rio Ferdinand karyerasını bitirdiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 36 yaşlı futbolçu bu barədə özü açıqlama verib:

 

“Mən bütün klubların bütün azarkeşlərinə təşəkkür edirəm. Onlar olmasaydı futbol indiki kimi gözəl olmazdı. Hər bir fanat üçün darıxacam”.

 

Xatırladaq ki, Ferdinand “Lids Yunayted” və “Mançester Yunayted”dəki çıxışları ilə daha çox tanınıb. Futbolçu son mövüsümü isə “Kuinz Park Reyncers”də keçirib.

 

Qeyd edək ki, Rio İngiltərə millisinin heyətində də 81 oyun keçirib və 3 dəfə qol sevinci yaşayıb.