Dani Alveş yeni müqavilə imzalayacaq
25.03.2015 - 13:30
Dani Alveş yeni müqavilə imzalayacaq

“Barselona”dan ayrılacağı gözlənilən Dani Alveş komandası ilə yeni müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi yayda sözləşməsi başa çatacaq təcrübəli müdafiəçi ilə danışıqlara başlayıb.

 

Alveşlə bir çox klublar – “Mançester Yunayted”, “Liverpul”, “Yuventus”, “İnter”, PSJ və Dortmund “Borussiya”sı da yaxından maraqlanır. “Sambaçı”nı əldən buraxmaq istəməyən kataloniyalılar isə onunla yeni müqavilə imzalamaq qərarına gəliblər. 32 yaşlı futbolçunun “Barsa”da qalmasını baş məşqçi Luis Enrike istəyib.

 

Qeyd edək ki, Alveş “Barselona”ya 2008-ci ildə “Sevilya”dan transfer olunub. O, hazırkı komandasının heyətində ümumilikdə 327 oyunda 20 qola imza atıb.