Danilo D'Ambrozio: “Qarabağ” 3 xal dalınca gəlmişdi
03.10.2014 - 11:43
Danilo D'Ambrozio: “Qarabağ” 3 xal dalınca gəlmişdi

“Belə oyun göstərdiyim və qol vurduğum üçün çox şadam. Uğursuzluqdan sonra bunun üçün sevincliyəm”. Apasport.az xəbər verir ki, bunu “İnter”in müdafiəçisi Danilo D'Ambrozio deyib.

 

Avroliqanın qrup mərhələsinin II turunda “Qarabağ”ı məğlub edən (2:0) İtaliya klubunun futbolçusu qarşılaşma haqqında danışıb: “Qarabağ”la oyunda əsas məqsədimiz o idi ki, doğma meydanda bu rəqibdən 3 xal alaq. Azərbaycan klubu da bura 3 xal dalınca gəlmişdi. İlk dəqiqələrdən də onların qələbə qazanmaq istəyi hiss olunurdu. Amma biz buna imkan vermədik. Artıq uğurumuzun davamını çempionatda gətirməliyik. Azarkeşlər bizə inanmalıdırlar. Bazar günü “Fiorentina”nı da məğlub etməyə çalışacağıq”.

0