DÇ-2014: 1/8 finalın daha iki cütlüyü məlum oldu
25.06.2014 - 04:20
DÇ-2014: 1/8 finalın daha iki cütlüyü məlum oldu

 

Braziliyada keçirilən dünya çempionatında 1/8 finalda görüşəcək daha 2 cütlük məlum olub. Apasport.az saytının məlumatına görə, bu mərhələdə C qrupunun qalibi olan Kolumbiya D qrupunda ikinci yeri tutan Uruqvayla görüşəcək.

 

Öz növbəsində, D qrupunda qalib olan Kosta-Rika C qrupunu ikinci yerdə başa vuran Yunanıstanı sınağa çəkəcək. Cənubi Amerika komandalarının görüşü iyunun 28-də baş tutacaq. Kosta-Rika-Yunanıstan oyunu isə iyunun 29-da keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə gecə saat 1-də başlayacaq.

 

Qeyd edək ki, bundan əvvəl 1/8 finalda Braziliya - Çili və Hollandiya - Meksika qarşılaşmaları keçiriləcək.