DÇ-2014: 1/8 finalın sonuncu cütlükləri məlum oldu
27.06.2014 - 02:40
Braziliyada keçirilən dünya çempionatının sonuncu 1/8 final cütlükləri məlum olub. Apasport.az saytının məlumatına görə, G qrupunun qalibi Almaniya 1/8 finalda H qrupunun ikincisi Əlcəzairlə üz-üzə gələcək.
Öz növbəsində H qrupunu birinci yerdə başa vuran Belçika yığması növbəti mərhələdə G qrupunun ikincisi ABŞ millisi ilə görüşəcək. Almaniya-Əlcəzair görüşü iyulun 1-də, Belçika-ABŞ matçı isə iyulun 2-də keçiriləcək.
0
0