DÇ-2014: Fransa 1/4 finalda Almaniya ilə qarşılaşacaq
01.07.2014 - 04:15
Braziliyada keçirilən dünya çempionatında daha bir 1/4 final cütlüyü məlum olub. Apasport.az saytının məlumatına görə, erkən finalda Fransa və Almaniya qarşılaşacaqlar.
Fransa 1/8 finalda Nigeriya üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Almaniya isə bu mərhələdə çox çətinliklə Əlcəzair komandasına evə göndərib - 2:1.
Fransa və Almaniya arasında 1/4 final iyulun 4-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21-də başlayacaq.
0
0