DÇ-2014: İlk 1/2 finalda Braziliya-Almaniya cütlüyü
05.07.2014 - 03:00
DÇ-2014: İlk 1/2 finalda Braziliya-Almaniya cütlüyü

 

Braziliyada keçirilən dünya çempionatında ilk 1/2 final cütlüyü məlum olub. Apasport.az saytının məlumatına görə, bunlar Braziliya və Almaniya milliləridir.

 

Almaniya millisi 1/4 finalda Fransanı minimal hesabla məğlub edib. Braziliya isə Kolumbiya üzərində 2:1 hesablı qələbə qazanıb. Yarımfinal iyulun 9-da baş tutacaq.

 

Qeyd edək ki, digər 1/4 final matçlarında yarımfinala çıxmaq uğrunda Hollandiya və Kosta-Rika, eləcə də Argentina və Belçika qarşılaşacaqlar.