Braziliyada keçirilən futbol üzrə dünya çempionatı daha bir baş məşqçinin postunu tərk etməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Nigeriya millisinin çalışdırıcısı Stiven Keşi komandadan ayrıldığını açıqlayıb.
Mütəxəssis bunu 1/8 final mərhələsinin Fransa ilə oyunundan sonra bildirib. 0:2 hesablı məğlubiyyət Keşinin Nigeriya yığmasındakı son matçı olub.
Əvvəllər Toqo və Mali millilərini də çalışdıran mütəxəssis 2011-ci ildən Nigeriyada çalışırdı. Onun mundialdan sonrakı iş yeri isə CAR yığması olacaq.
Qeyd edək ki, Keşiyədək qrup mərhələsini adlaya bilməyən bir neçə yığmanın baş məşqçisi də postunu tərk etmişdi. Onlar arasında İtaliya, Fil Dişi Sahili, Yaponiya, İran, Bosniya və Herseqovina da baş məşqçisini itirmişdi.