DÇ-2014 məhsuldarlığına görə 2010-u ilin mundialını geridə qoydu
01.07.2014 - 06:42
DÇ-2014 məhsuldarlığına görə 2010-u ilin mundialını geridə qoydu

 

Braziliyada keçirilən 2014-cü ilin dünya çempionatı tarixdə ən məhsuldar mundiallardan biri ola bilər. Apasport.az saytının məlumatına görə, builki çempionat artıq 2010-cu ilin dünya çempionatını geridə qoyub.

 

Cənubi Afrikada keçirilən dünya çempionatı zamanı cəmi 145 qol vurulub. 2014-cü il dünya çempionatında isə Fransa və Nigeriya arasında keçirilən 1/8 final görüşündə bu göstərici yenilənib. Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba matçın 79-cu dəqiqəsində fərqlənib. Bu, hazırkı çempionatda 146-cı qol olub. Qarşıda isə hələ 10-a yaxın oyun var.