De Bryune Belçika-Əlcəzair matçının ən yaxşısı oyunçusudur
17.06.2014 - 23:16
Belçika yığmasının yarımmüdafiəçisi Kevin de Bryune Belçika-Əlcəzair matçının ən yaxşı oyunçusu hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.
22 yaşlı de Bryune bütün oyun boyu meydanda olub və məhsuldar ötürmə edib. Məhz onun ötürməsindən sonra Belçika yığması hesabı bərabərləşdirib. Xatırladaq ki, oyun 2:1 hesabı ilə belçikalıların xeyrinə başa çatıb.
0
0