De Yonq üçün dünya çempionatı bitdi
02.07.2014 - 05:52
Hollandiya millisinin dayaq yarımmüdafiəçisi Naycel de Yonq üçün dünya çempionatı bitib. Apasport.az saytının məlumatına görə, ciddi zədələnən futbolçu daha yığmaya kömək edə bilməyəcək.
29 yaşlı de Yonq 1/8 final matçında zədələnib və matçın əvvəlində meydanı tərk edib. Tibbi müayinə onun qasıq əzələlərinin yırtıldığını göstərib. Oyunçunun bərpa müddəti 2-4 həftə təşkil edəcək. Amma futbolçu sona qədər Hollandiya millisi ilə Braziliyada qalacaq.
Qeyd edək ki, hollandlar iyulun 6-da Kosta-Rikaya qarşı oyuna çıxacaqlar.
0
0