Del Boske: İspaniya çətin vəziyyətə düşüb
14.06.2014 - 01:58
İspaniya millisinin baş məşqçisi Vinsente del Boske Hollandiya yığmasına 5:1 hesablı məğlubiyyəti şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi idmanda belə şeylərin olduğunu vurğulayıb: “Bu idmandır. Hollandlar ikinci hissədə bizdən güclü idilər. Etiraf etmək lazımdır ki, onlar daha yaxşı oynayırdılar. İspaniya millisi çox çətin duruma düşüb. Biz bu çətinliyi dəf etməliyik”.
0
0