Del Boske: Xavi İspaniya millisi üçün məşqçidən də vacib idi
06.08.2014 - 05:25
Del Boske: Xavi İspaniya millisi üçün məşqçidən də vacib idi

İspaniya millisinin baş məşqçisi Visente del Boske Xavinin yığmanı tərk etməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, mütəxəssis komandanın unikal futbolçunu itirdiyini qeyd edib.

 

Del Boske Xaviya əvəz tapmağın çox çətin olacağını vurğulayıb: “Xavi komandanın aparıcı oyunçusu idi, onun oyun stilini müəyyən edirdi. Onun həm meydanda, həm də soyunub-geyinmə otağındakı yeri görünəcək. Biz hamımız hesab edirik ki, Xavi milli üçün baş məşqçidən də vacib idi”.

 

Xatırladaq ki, “Barselona”nın yarımmüdafiəçisi dünən millidəki karyerasını başa vurduğunu açıqlayıb. 2000-ci ildən İspaniya millisində oynayan Xavi 132 oyunda 13 qol vurub.