İspaniya millisinin baş məşqçisi Visente del Boske komanda ilə 2016-cı ilə qədər işləmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 63 yaşlı mütəxəssisin müqaviləsi məhz 2016-cı il Avropa çempionatına qədər nəzərdə tutulub.
Amma İspaniyanın dünya çempionatını vaxtından əvvəl tərk etməsindən sonra del Boskenin istefası barədə çağırışlar eşidilməyə başladı. Mütəxəssis isə qərarla bağlı tələsməyəcəyini qeyd etmişdi.
İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar və baş katib Xose Peres Arias del Boskeni dəstəkləyiblər. Qeyd edək ki, mütəxəssis son 2 ay ərzində “Mançester Siti”nin və Yaponiyadan gələn təklifi rədd edib.