Del Pyeronun yerinə Droqba?
01.05.2014 - 03:01
Del Pyeronun yerinə Droqba?

 

Avstraliyanın “Sidney” futbol klubu mövsümün sonunda komandanı tərk edəcək Alessandro del Pyeronun boşluğunu başqa ulduz futbolçu ilə doldurmaq istəyir. Apasport.az saytının məlumatına görə, avstraliyalılar “Qalatasaray”ın afrikalı hücumçusu Didye Droqbaya göz dikiblər.

 

Avstraliya mətbuatının yazdığına görə, mövsümün sonunda “Qalatasaray”la müqaviləsi başa çatacaq Droqba “Sidney”in transfer siyahısında birinci yerdədir. Bundan əlavə, siyahıda Anelka, Lampard, Floran kimi məşhur futbolçuların da adı var.