“Mustafa Dənizlinin Lənkərana gec qayıtmasının səbəbi var”. Bunu apasport.az saytına “Xəzər Lənkəran” klubunun məşqçisi Oğuz Çətin deyib.
Ötən bazar vətəni Türkiyəyə yollanan Mustafa Dənizlinin ölkəmizə dönüşü yubanır. Çətin bildirib ki, buna səbəb onun səhhətində yaranan problemdir: “Dənizlinin yubanmasının səbəbi şəxsi işləridir. Ya bu gün, ya da sabah Mübariz Mənsimovla görüşməlidir. Bazar ertəsi isə Lənkərana qayıdacaq”.
Oğuz bəy vurğulayıb ki, Dənizli ilə istefası barədə hansısa söhbəti olmayıb: “Açığı, bu mövzuda danışmamışıq. O, bazar ertəsi Azərbaycana gəlib, işinə davam edəcək”.