“Qalatasaray” – “Fənərbaxça” derbisində komandaların meydana hansı heyətdə çıxacağı açıqlanıb. Apasport.az saytının məlumatına görə, derbi aprelin 6-da saat 21-də “Türk Telekom Arena”da keçiriləcək.
Böyük oyunda “Qalatasaray”ın heyətində Didye Droqba və İzzət Hayroviç oynamayacaq. Onların hər ikisi zədəlidir. “Fənərbaxça” klubu da itkilərsiz ötüşməyib. Qonaq komandanın heyətində Alper Potuk və Egemen Qorxmazın adı yoxdur.
İlk 11 aşağıdakı kimidir:
“Qalatasaray”: Muslera, Səbri, Semih, Hakan, Telles, Melo, Səlcuq, Sneyder, Ümit, Burak.
“Fənərbaxça”: Volkan, Gökhan, Bekir, Bruno Alves, Caner, Mehmet Topal, Emre, Meirles, Kuyt, Emenike, Sou.