Di Maria “Real”ı tərk edir
02.07.2014 - 06:43
Di Maria “Real”ı tərk edir

 

Argentina millisinin yarımmüdafiəçisi Anxel di Maria “Real Madrid” klubunu tərk etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, İsveçrə ilə oyunda qələbə topunu vuraraq komandasını 1/4 finala çıxaran futbolçu klub rəhbərliyinin ona münasibətindən narazıdır.

 

Kral klubunun rəhbərliyi dünya çempionatında gözəl oyunu ilə diqqəti özünə cəlb edən kolumbiyalı futbolçu Ceyms Rodriqeslə maraqlanır. “Monako”da oynayan Rodriqes özü etiraf edib ki, İspaniyada oynamaq istəyir, ən sevimli şəhəri isə Madriddir.

 

Bu fakt son zamanlar “Real” rəhbərliyi tərəfindən soyuq münasibət bəslənilən di Marianı narahat edir. Futbolçu klub rəhbərliyindən onu satışa çıxarmağı xahiş edib. Argentinalı hələ 2013/2014-cü illər mövsümünün əvvəlində getmək istəsə də, baş məşqçi Karlo Ançelotti onu qalmağa inandıra bilib.