Di Maria PSJ üçün çox baha oldu
08.08.2014 - 02:00
Fransanın PSJ klubunun prezidenti Naser əl-Helayfi “Real”ın yarımmüdafiəçisi Anxel di Marianın alınmasından vaz keçdiklərini etiraf edib. Apasport.az saytının məlumatına görə, klub prezidenti bunun səbəbini də açıqlayıb.
Əl-Helayfi deyib: “Bəli, biz həqiqətən də “Real”ın prezidenti Florentino Pereslə di Maria ilə bağlı danışıq aparırdıq. Amma onların tələb etdiyi məbləğ bizim üçün həddən artıq böyük məbləğdir. Buna görə də, danışıqları dayandırmaq məcburiyyətində qaldıq”.
0
0