Di Marianın işi çətinə düşüb
03.08.2014 - 20:15
Di Marianın işi çətinə düşüb

Argentinalı futbolçu Anxel di Marianın işi çətinə düşüb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin PSJ-yə keçidi baş tutmaya bilər.

 

Xatırladaq ki, “Real” və PSJ-nin di Marianın keçidi ilə bağlı razılaşdıqları iddia olunur. Fransa klubu futbolçunun transferi üçün kral klubuna 75 milyon avro ödəməlidir. Amma tərəflər pulun köçürülməsi sxemi ilə bağlı razılığa gələ bilmirlər.

 

Madridlilər 75 milyon avronun bir dəfə köçürülməsini istəyirlər. PSJ isə 10 milyon avronun bu il, 65 milyon avronun isə növbəti mövsüm köçürülməsində israr edir. Çünki PSJ-yə tətbiq olunan maliyyə fair-play qaydaları parislilərə 75 milyonu birdəfəyə köçürməyə icazə vermir.