Di Mariya “Bavariya” yolunda
29.05.2015 - 10:01
Di Mariya “Bavariya” yolunda

“Mançester Yunayted”in argentinalı futbolçusu Anxel di Mariya karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Bavariya” yaxından maraqlanır.

 

Münhen klubunun texniki direktoru Mixael Reşke məsələ ilə bağlı qarşı tərəflə danışıq aparır. Almaniya yığmasının keçmiş futbolçusu Ditmar Hamann da “Bavariya” rəhbərliyinə di Mariyanı almağı məsləhət görüb.

 

Təcrübəli futbolçunun hansı qərar verəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, karyerası ərzində “Benfika” və “Real” (Madrid) klublarının da formasını geyinmiş di Mariya “Mançester Yunayted”ə ötən il transfer olunub. O, “mankunianlar”ın heyətində ümumilikdə 32 oyunda 4 qola imza atıb.